AZ

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib.

"Unikal" həmin müraciəti təqdim edir:

"8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq sabah saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur".

Seçilən
9
50
unikal.az

10Mənbələr