Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının Dağıstandakı bazasına pilotsuz təyyarələr hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının Dağıstandakı bazasına pilotsuz təyyarələr hücum edib.
Hücuma məruz qalan bazada əvvəllər Ukraynada döyüşlərdə iştirak etmiş dəniz bölmələri yerləşir. Hücumun nəticələri hələlik məlum deyil.
Məlumata görə, Dağıstanda PUA-lardan biri hərbi gəminin yaxınlığında vurulub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin donanması Kaspiyskdə yerləşir. Dronlardan biri döyüş gəmisinin yanında uçub.
Bugünkü hücumda ümumilikdə 4 ədəd A-22 Flying Fox pilotsuz təyyarəsi iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az