Almaniyanın avtomobil şirkəti olan "BMW" nin gəliri 16% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Belə ki, "BMW" 2024-cü ilin üçüncü rübündə gəlirində 16% azalma qeydə alınıb. Bu isə bazar proqnozundan aşağı sevviyyə olub.
Məlumatda qeyd olunub ki, "BMW"-nin gəlirinin azalmasına səbəb bir sıra avtomobil modellərinin geri çağırılması və Çində tələbin zəifləməsi olub.
Şirkətin iyul-sentyabr aylarında gəliri 32,41 milyard avro olub. Ötən ilin eyni dövründə isə bu məbləğ 38,46 milyard avro təşkil edib.