AZ

Kirayədə qalanların DİQQƏTİNƏ – Belə aldadılırsınız

Hazırda Bakıya və digər iri şəhərlərə iş yaxud təhsil üçün üz tutanların sayı kifayət qədər çoxdur. Belə vətəndaşların əksər hissəsi müvəqqəti kirayə mənzillərdə yaşamağa üstünlük verir. Son illər bu və bu kimi digər səbəblərdən kirayə mənzil bazarına tələbat kəskin sürətdə artıb. Təbii ki, bu da öz növbəsində qiymətlərə və mənzil qıtlığına səbəb olur.

Hurriyyet.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına əsasən, kirayə mənzil axtarışında olanların üzləşdiyi çətinliklər bunlarla bitmir. Əksər hallarda ev sahibi ilə kirayə müqaviləsi imzalanmadığı üçün, kirayədə qalanlar bəzi arzuolunmaz hallarla qarşılaşır. Bu problemlərin başında təmirin zəif və keyfiyyətsiz olması, ev sahibi tərəfindən verilən əşyarda baş verən nasazlıq gəlir. 

Daha dəqiq desək, ev sahibləri bir çox hallarda təzə kirayəşinlərə mənzilin yeni təmirdən çıxdığını bildirsə də, çox qısa müddət sonra təmirin tam sıradan çıxması müşahidə olunur. Belə olduqda mənzil sahibi yeni xərcləri birbaşa olaraq kirayəşindən tələb edir. Digər tərəfdən, mənzildə olan soyuducu, televizor, divan-kreslo mebelləri və paltaryuyan kimi əşyalarda meydana gələn hansısa texniki nasazlıqların təmiri də kirayədə qalanların məsuliyyətindədir. 

Realtorlar və əmlak ekspertləri bu kimi hallarla qarşılamamaq üçün kirayə müqaviləsinin tələb olunmasını mütləq hesab edirlər. Onların fikrincə, kirayə müqaviləsi imzalandığı zaman mənzil sahibi kirayəşinə istədiyi vaxt qiymət artımı və ya evdən çıxmaqla bağlı diqtə edə bilməz. 

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr