AZ

“Kamala Harrisin işi bitdi” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-dəki prezident seçkilərinin nəticələri ilə bağlı “Telegram” hesabından paylaşım edib.

“AzPolitika” xəbər verir ki, Medvdev sözügedən paylaşımında seçkidə respublikaçı rəqibi Donald Trampa məğlub olan ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi hədəf alaraq bunları yazıb: 

“Kamala Harrisin işi bitdi. Qoyun o, gülməyə davam etsin. Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməz olaraq qalacaq və biz bu məqsədlərimizə çatacayıq".

“AzPolitika.info” 

Seçilən
16
azpolitika.info

1Mənbələr