AZ

Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərin bir çoxunun mediası indi ölkəmizə, COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar - Natiq Məmmədli

Bakı. Trend:

Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrin bir çoxununmediası indi Azərbaycana qarşı, daha doğrusu, BMT-nin təşəbbüsünə,iqlim dəyişmələrinə və COP ideyasına qarşı sistemli şəkildəanti-təbliğat aparırlar.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorununmüavini Natiq Məmmədli Bakı Dövlət Universitetində keçirilən"İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşıinformasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusundakeçirilən dəyirmi masada deyib.

O, bütün vacib tədbirlər ərəfəsində Azərbaycana beynəlxalqmedianın diqqəti artdığını və bu diqqətin heç də həmişə xoşniyyətli olmadığını, bir qayda olaraq informasiya manipulyasiyalarıilə müşahidə olunduğunu bildirib:

"Maraqlıdır ki, 2024-cü il başlayandan biz Azərbaycana qarşıinformasiya hücumlarının daha da intensivləşməsinin şahidi oluruq.İlin əvvəlində prezident seçkiləri, daha sonra parlament seçkilərikeçirildi. COP29-a Azərbaycanın ev sahibliyi dünya dövlətləritərəfindən yekdilliklə qəbul edildi. Bunun hamısı Azərbaycanamarağı artıran informasiya əsasları yaratdı. Azərbaycan bir qaydaolaraq həm sosial şəbəkələr üzərindən dezinformasiya hücumlarınınhədəfidir, həm də Qərb mediasının "peşəkarlıqla" hazırladığıinformasiya manipulyasiyalarının hədəfinə çevrilir. Bunlar fərqliməsələlərdir. Amma hər iki halda Azərbaycan bu informasiyasavaşının komponentlərinin şahidi olur".

"COP29 dünyada iqlim dəyişiklikləri ilə bağlı məsələlərinmüzakirə edilməsidir. Bu, siyasi bir platforma deyil, mötəbər dünyaliderlərinin BMT-nin qlobal problemlər sırasında birinci sıradaqoyduğu iqlim dəyişikliklərilə bağlı məsələlərin müzakirə edilməsiüçün bir vasitədir.

Dünya ölkələri Azərbaycanın namizədliyini yekdilliklədəstəkləyiblər. Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrinbir çoxunun mediası indi Azərbaycana qarşı, daha doğrusu, BMT-nintəşəbbüsünə, iqlim dəyişmələrinə və COP ideyasına qarşı sistemlişəkildə anti-təbliğat aparırlar. Burada hədəf yalnız Azərbaycandeyil. COP-a qarşı çıxmaq o deməkdir ki, onlar dünyanın bir nömrəliekoloji probleminə göz yumurlar, etinasız yanaşırlar. Ölkəmizəqarşı aparılan kompaniyanın mahiyyəti məhz bundan ibarətdir.İnformasiya savaşı nə elan olunur ,nə də atəşkəs olur. Bu, daimdavam edən bir prosesdir", - deyə N. Məmmədli əlavə edib.

Seçilən
41
1
az.trend.az

2Mənbələr