Bakı Dəmiryol Vağzalında ölüm hadisəsi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, təxminən saat 13:40-da 64 yaşlı Hafiz Alməmmədov vağzal ərazisində dünyasını dəyişib.
Onun vağzalın ikinci mərtəbəsində yerləşən gözləmə zalında əyləşdiyi, qəfildən halının pisləşərək yıxıldığı deyilir. İlkin tibbi yardım göstərmək mümkün olmayıb.
Milli.Az