Bakının Yasamal rayonunda sürücü piyadanı vurmaqdan son anda xilas olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə günorta saatlarınlda Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, piyada yolun hərəkət hissəsində duraraq kimisə gözləyir. Piyadadan biraz aralıda dayanmış 90-MU-559 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını geriyə hərəkət etdirir. Lakin piyada hərəkətdə olan maşına fikir vermir. Bu zaman işıqforda gözləyən sürücülərdən biri dərhal siqnal verərək piyadaya xəbərdarlıq edir. Daha sonra o, toqquşacağı maşını görərək geri çəkilir.
Qeyd edək ki, belə təhlükəli halların baş verməməsi üçün həm piyada, həm də sürücü ekstra diqqətli olmalı və qaydalara riayət etməlidir.
Nərmin