AZ

Hər şey dəyişəcək... - Fərhad Məmmədovdan Trampın prezident seçilməsinə şərh

ABŞ-də keçirilən seçkilərdə Donald Tramp qalib gəldi...

Siyasi-şərhçi: “Belə görünür ki, Respublikaçılar tam olaraq hakimiyyətə gəlir. Bu o deməkdir ki, yaxın 2 il ərzindı Ağ Evin siyasəti hamar keçəcək”.

“Həm ABŞ-ın daxilində, həm də xarici siyasətində hər şey dəyişəcək”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ-da keçirilən prezident seçkisini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, ABŞ-də keçirilən seçkilərdə Donald Trampın qələbəsi təmin olunur. Ən son məlumatlara görə isə Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük qazanırlar.

Bəs, Respublikaçıların həm Konqresdə üstünlük qazanmaları, həm də Ağ Evə sahib olmaları ABŞ daxilində və xaricində nələr vəd edir? Xüsusən Avropa Birliyi və Ukrayna ilə bağlı hansı dəylikliləri gözləmək olar? Eyni zanada Yaxın Şərqdə proseslər hansı məcraya yönələ bilər?

ABŞ-da bundan sonra baş verəcək prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Tramp çalışacaq tez bir zamanda Yaxın Şərqdə məsələləri həll etsin”.

Avropa Birliyinin daha fəal olması üçün şansın yarandığını düşünən eksper Poliqon-a açıqlamasında qeyd edib ki, artıq Aİ geosiyasi oyunçu kimi özünü təsdiqləməlidir:

“Belə görünür ki, Respublikaçılar tam olaraq hakimiyyətə gəlir. Bu o deməkdir ki, yaxın 2 il ərzindı Ağ Evin siyasəti hamar keçəcək. Çünki növbəti Konqresə seçkilər 2 ildən sonra olacaq.

Hər şey dəyişəcək. Bunu tam əminliklə demək olar. Həm ABŞ-ın daxilində, həm də xarici siyasətində hər şey dəyişəcək. Daxildə ilk növbədə iqtisadi məsələlərdə, bir də Dövlət Aparatının iş sistemində dəyişikliklər olacaq. Tramp çalışacaq dərin dövlət deyilən bir təbəqəyə maksimum dərəcədə sistemli şəkildə zərbələr vursun.

Xarici siyasətdə də, ümumi Avropa Birliyinə diqqət daha az olacaq. Ukrayna ilə bağlı çalışacaq ilk cəhtdən atəşkəsə nail olsun. Ukrayna üçün atəşkəsin olub-olmaması vacib deyil, Ukraynaya atəşkəs çərçivəsində verilən zəmanətlərin maksimum dərəcədə olması vacibdir. Çünki Tramp üçün atəşkəs artıq prioritet hesab olunacaq. Bunu da öz şəxsi hesabına yazmaq istəyəcək.

Fərhad Məmmədov: “Tramp Ukrayna ilə bağlı çalışacaq ilk cəhtdən atəşkəsə nail olsun”.

Eyni zamanda Avropa Birliyinə daha fəal olması üçün şans yarandı. Artıq Avropa Birliyi geosiyasi oyunçu kimi özünü təsdiqləməlidir. Bacarsa, bunu edə biləcək. Bacarmasa, bu artıq Avropa İttifaqının ancaq iqtisadi güc olduğunu, amma geosiyasi güc olamadığını təsdiq edəcək.

Tramp çalışacaq tez bir zamanda Yaxın Şərqdə məsələləri həll etsin. Demək olar ki, Yaxın Şərqdə də radikal addımlar atılacaq. İsrailə qarşı radikal addımların atımasına qarşı çıxacaq, yenə ərəb monarxiyalarının İsraillə barışmasına, eyni zamanda İrana qarşı geniş koalisiyanın formalaşmasına cəhd edəcək. İrana və İranın proksilərinə qarşı daha fəal aparacaqlarını əminliklə demək olar. Yəni İran ərazisində olmasa da, Yaxın Şərqdə bütün İranpərəst qüvvələr artıq ABŞ-ın birbaşa olaraq hədıfinfə olacaq”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
29
18
poliqon.info

10Mənbələr