Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilk dəfə sevgilisi ilə fotosunu paylaşıb.
İdman.biz xəbər verir ki, Almaniyanın “Nürnberq” klubunda legioner həyatı yaşayan 27 yaşlı hücumçu sevdiyi qıza təbrikini çatdırıb.
O, fotonu instaqram hesabının hekayətinə yerləşdirib. O, şəklin üzərində “Happy birthday my love” (doğum günün mübarək, sevgilim) sözlərini qeyd edib.
Qeyd edək ki, Mahir bu ilin avqustunda “Nürnberq”ə keçib. O, yeni klubundakı 7 oyunda 4 qola imza atıb.
İdman.biz