AZ

Ərəblər üçün seçim:Bahalı Lada, yoxsa ucuz Toyota? - FOTO

Rusiyanın Avtovaz şirkəti uzun fasilədən sonra təkrarən Dubayda nümayəndəlik açıb. 

Avtosfer.az xəbər verir ki, satışa zavodun istehsal etdiyi bütün modellər təqdim edilib. Burada Niva, Granta, Largus, yaxud da Vesta almaq mümkündür. 
Rusiyanın dövlət mediası faktı rus avtomobilinin hörmətinin bərpa olunması kimi təqdim etsə də, Dubayda avtomobil satışı ilə məşğul olan ruslar tam başqa cür düşünürlər. Onların fikrincə, Ladanın BƏƏ bazarında yer tutmaq şansı çox azdır. Səbəb qiymət və komplektasiya uyğunsuzluğudur. 
Eyni sinfə mənsub, lakin daha zəngin komplektasiyalı Toyota Yaris Dubayda 64 min dirhəmə (29 500 manat) təqdim edildiyi halda, Lada Vesta 88 700 dirhəmdir, yəni 41 min manat, və ya 2 dəfə baha.

Vüqar

FOTO QALEREYA
Seçilən
43
avtosfer.az

1Mənbələr