Bakı. Trend:
Bu gün Bakının Qaradağ rayonunun bəzi ərazilərində elektrikenerjisinin verilişində məhdudiyyət yaranacaq.
Trend xəbər verir ki, bubarədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, Qaradağ Rayon Enerji Təchizatı və Satışıİdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma işləriilə əlaqədar noyabrın 6-da elektrik xətləri sifarişə əsasənaçılacaq.
Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Qaradağ rayonuQobustan qəsəbəsinin bir hissəsində və Ələt bağları adlanan ərazidəelektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.