AZ

"Real" son 15 ilin antirekordunu vurdu

İspaniya nəhənglərindən olan "Real Madrid" ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxaraq məğlub olub. "Kral" klubu bununla son 15 ilin antirekorduna imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Real Madrid" İspaniya La Liqasında "Barselona"ya 0:4, Çempionlar Liqasında "Milan"a 1:3 hesabı ilə məğlub olub.

"Kral" klubu son 15 ildə ilk dəfə belə halla üzləşib. "Real Madrid"in ardıcıl iki ev oyununda uduzması və ən azı üç qol buraxması sonuncu dəfə 2009-cu ilin mayında gerçəkləşib.

Belə ki, Xuande Ramosun çalışdırdığı komanda La Liqada iki məğlubiyyət alıb. Öncə "Barselona"ya 2:6 hesabı ilə uduzan "Real Madrid" ardınca "Malyorka"ya 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, 4 oyunda 6 xal toplayan "Real Madrid" Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.

Milli.Az

Seçilən
15
5
milli.az

6Mənbələr