AFFA-nın bayrağı altında keçirilən futbol üzrə aşağı yaş qrupları üzrə çempionatlar təxirə salınıb.
Bu barədə İdman.bizə AFFA-dan məlumat verilib.
Bildirilib ki, Bakı və Abşeron zonaları üzrə məktəblərdə payız tətili, ali təhsil müəssisələrində isə distant təhsil ilə əlaqədar olaraq noyabrın 9-10 və 16-17-də keçirilməsi nəzərdə tutulan oyunların vaxtı dəyişilib. Bu, U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasının oyunlarına şamil edilib.
Qeyd edək ki, qarşılaşmaların vaxtı yaxın günlərdə bəlli olacaq.
İdman.biz