Azərbaycan millisi və "Nürnberq"in hücumçusu Mahir Emreli şəxsi həyatı ilə gündəmə gəlib.
News24.az BAKU.WS-ə istinadla xəbər verir ki, futbolçu sosial şəbəkədə sevgilisi ilə bağlı paylaşım edib. Emreli sevgilisi ilə şəkillərini paylaşaraq onu ad günü münasibətilə təbrik edib.
O paylaşıma ingilis dilində "Ad günün mübarək, sevgilim" sözlərini yazıb.
İdmançının sevgilisi olan fotosundan biri "Nürnberq"- "Bremerhan" qarşılaşmasının keçirildiyi stadionda çəkilib.