Bakı.Trend:
Noyabrın 8-9-u ölkəmizdə Zəfər və Bayraq günləri ilə əlaqədarqeyri-iş günləri hesab olunduğundan "Bakı metropoliteni"ndə işrejimi dəyişdiriləcək.
Trend xəbərverir ki, bunu bu gün keçirilən brifinqdə Bakı MetropoliteniQSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarlarınhərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək.
“Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May”sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqətəşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May”stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərindəqatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili iləəlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tezdəyişməsi mümkün olduğundan, “Bakı Metropoliteni” QSC-ninrəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlbedilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçininmühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altındasaxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağahazır saxlanılacaq.
Bu 3 gün ərzində “Bakmil” stansiyasına qatarların hərəkəti şənbəgünü cədvəlinə uyğun tənzimlənəcək”,- o qeyd edib.