Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-sentyabr ayları ərzində 211 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 4,1 dəfə artıb.
Belə ki, 211 ədəd avtobusa görə ölkədən 24 milyon 597 min ABŞ dolları valyuta çıxıb. 2023-cü ilin eyni dövründə bu göstərici 5 milyon 976 min ABŞ dolları dəyərində idi.
Qeyd edək ki, bu ilin 9 ayında ölkəyə gətirilən avtobuslar say etibarı ilə ötən ilin eyni dövrünə nisbətdə 122 ədəd artıb.