Təl-Əviv hazır Tehrana və müqavimət cəbhəsi qüvvələrinə müqavimət göstərmək iqtidarında deyil.
Axar.az xəbər verir ki, bunu SEPAH-ın baş komandanının müavini Əli Fədavi deyib.
“İran və müqavimət cəbhəsi hazır dayanıb, lakin İsrail müqavimət göstərə bilmir və oktyabrın 26-da İran ərazisinə həyata keçirdiyi hücuma cavabımızı gözləməlidir”, - Fədavi bildirib.