Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada yaşıl enerji şirkətlərinin səhmləri Tramp qələbəsini elan etdikdən sonra ucuzlaşıb.
Banco.az xəbər verir ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini elan etməsi ilə Avropa birjalarında ticarət olunan yaşıl enerji şirkətlərinin səhmlərində ucuzlaşma müşahidə olunur.
Avropa Bərpa Olunan Enerji Qiymətləri İndeksi Bakı vaxtı ilə saat 14:00-da 6.5 faiz dəyər itkisi ilə üzləşib.
Dünyanın ən böyük dəniz külək enerjisi şirkəti olan “Orsted”in səhmlərindəki ucuzlaşma eyni saatlarda 10 faizə yaxınlaşıb. Danimarkanın külək turbinləri istehsal edən Vestas şirkətinin səhmlərindəki eniş 8,2 faizi ötüb.
Almaniyanın bərpa olunan enerji şirkəti “RWE”nin səhmləri 3,5 faiz, külək turbinləri istehsalçısı “Nordex”in səhmləri isə 6,5 faiz ucuzlaşıb.