İsrailin keçmiş baş naziri Naftali Bennet ölkə administrasiyasını “dövlət və onun əsgərlərinə qarşı işləyən çılğın, dəli və xəstə administrasiya” kimi xarakterizə edib.
"Cebheinfo.az" xəbər verir ki, keçmiş baş nazir Bennett "X" platformasında öz hesabında dərc olunan bəyanatında Baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qallantı vəzifədən azad edib, onun yerinə xarici işlər naziri Yisrael Katzı təyin etməsini dəyərləndirib.
Bennett "Bizim ölkəmiz üçün vacib olanlarla əlaqəsini itirmiş və əslində İsrail və onun əsgərlərinə qarşı işləyən çılğın və xəstə bir administrasiyamız var",- deyib. Keçmiş baş nazir Bennett Qallantın işdən çıxarılmasına qarşı etirazları dəstəkləyəcəyini və siyasətə qayıda biləcəyini eyham edib. Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu dünən müdafiə naziri Yoav Qallantı istefaya göndərib.