AZ

"Azərbaycanda 80% zərərli çaylardır" - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

"Çox təəssüflər olsun ki, Azərbaycanda 80% zərərli çaylardır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

O bildirib ki, iş bazarında bundan istifadə edirlər: "Çay plantasiyalarının salınması çox böyük məbləğ tələb edir. Ona görə də işbazlar daha yüngül üsuldan istifadə edirlər. Zərərli çayları satışa çıxarırlar.

Təmiz çayın orqanizmə çox böyük müsbət təsiri var. Onun tərkibi, yarpaqlarındakı taninin miqdarı ən azından 25-30% olmalıdır. Əsl təmiz dəmlənmiş qara çayı dəmləyəndə rəngi tündləşmir. Onun gözəlliyi odur ki, uzun müddət dəmlənsə belə yüngül rəng çaları olur. Beyin-qan dövranına yaxşı təsiri var, yüksək enerji verir, hətta baş ağrılarına belə yaxşı təsir göstərir. Əhvalımızı yaxşılaşdırır. Təmiz dəmlənmiş çaydan müəyyən yaraların sağalmasında da istifadə edilir. Çünki onun tərkibində xüsusi maddə var.

Çox təəssüflər olsun ki, ölkəmizdə cəmi 20% təmiz çay var. Çay plantasiyalarının salınması üçün külli miqdarda pul lazımdır. Təbii ki, buna getməzlər. Ona görə də həmin çayların tərkibində zərərli maddələr var. İnsan orqanizminə çox mənfi təsir göstərir. Bu çaylar qara ciyərə, mədəaltı vəzə, dərinin rənginə təsir göstərir. Əhalinin 40-45%-də öd daşı xəstəliyi var. Bu da zərərli çayların təsiridir. Çayxorların bəlkə də, 70%-də öd daşı xəstəliyi var. Həmin çayların dəmlənməsi, yarım saat saxlanması çox mənfi təsir göstərə bilər.

Təmiz çay adı ilə bahalı çaylar satılır. Onların da cəmi 1-2 yarpağı təmiz olur. Qalanı zərərlidir.
Əgər çay dəmlənən kimi tez tünd rəng alırsa, deməli zərərli maddənin izi var. Nə qədər tünd olarsa, bir o qədər zərərli maddə aktiv olur. Əhali diqqət etməlidir".

Müəllif: Söylü Ağazadə
Seçilən
39
sia.az

1Mənbələr