AZ

Türkiyə İranla sərhəddə divar tikib –FOTO

Türkiyə İranla sərhədi boyu beton blokların əksəriyyətinin tikintisini başa çatdırıb.

Terrorçuların və qeyri-qanuni miqrantların ölkə ərazisinə daxil olmasının, habelə qaçaqmalçılığın qarşısının alınması məqsədilə dövlət sərhədində modul tipli divarın tikintisinə 2021-ci ildə başlanılıb.

Dördmetrlik divar sərhədi pozanları aşkar etməyə və onları operativ şəkildə dayandırmağa imkan verən xüsusi avadanlıqla təchiz edilib. Divarın üstündə bir metr hündürlüyündə tikanlı məftil çəkilib, habelə beton blokların qarşısında eni dörd metr olan dərin xəndək var.

Türk ordusunun əsgərləri xüsusi təlim keçmiş itlər və zirehli texnika ilə həftənin yeddi günü 24 saat ərzində ərazidə patrul xidməti aparırlar. Bundan əlavə, sərhədin yaxınlığında pilotsuz uçuş aparatları ilə mübarizə sistemləri quraşdırılıb, istehkamçılardan ibarət dəstələr də növbə çəkir.

Qanunu pozanların hərəkəti aşkar edilərsə, türk və fars dillərində səsli xəbərdarlıq sistemi işə düşür: “Bura Türkiyənin sərhədidir. Uzaqlaşın!

Türkiyənin hökumət nümayəndələri bildiriblər ki, Van vilayəti ərazisində İranla dövlət sərhədinin ən uzun hissəsində (225 kilometr) modul divarın tikintisi işlərinin 70 faizi tamamlanıb. Baryerlərin qalan hissəsi 2025-ci ildə çəkilməyə başlayacaq.

Seçilən
37
2
azpost.info

3Mənbələr