Milli Məclisin deputatı Samir Vəliyev vətəndaş qəbulu keçirib.20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib.Görüş zamanı S.Vəliyev vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.Sakinləri narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta