2025-ci ildə müəyyən ediləcək dünyanın ən güclü orduları, Global Firepower tərəfindən hesablanan güc indeksinə və şirkətin araşdırması nəticəsində ortaya çıxan siyahıya görə formalaşacaq. Siyahı müəyyən edilərkən ölkələrin texnologiyaları, hərbi hissələrin sayı, maliyyə vəziyyəti, maddi-texniki təchizatı, hərəkətlilik və coğrafi yerləşmə kimi 60-dan çox fərdi faktordan istifadə edilir.
News24.az xəbər verir ki, 2025-ci ildə dünyanın ən güclü orduları arasında ABŞ, Rusiya və Çin ilk üç yeri bölüşməyə davam edəcək. ABŞ qabaqcıl texnologiyaları, qlobal bazaları və yüksək hərbi büdcəsi ilə zirvədə qalır.
Çin hərbi gücünü sürətlə artıraraq ABŞ ilə fərqi aradan qaldırmağa çalışır. Rusiya güclü quru qoşunları və müdafiə infrastrukturu ilə seçilir, lakin onun resursları Ukrayna müharibəsi kimi münaqişələr səbəbindən gərginləşib.
İlk 10-luğu təqdim edirik:
10. Myanma
9. İsveç
8. Polşa
7. İspaniya
6. Almaniya
5. İsrail
4. İran
3. Türkiyə
2. Yaponiya
1. Cənubi Koreya
Günel Məlikzadə