AZ

Ayrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcək COP29 konfransı əleyhinə saxta hesablarla qarayaxma kampaniyası faktı aşkarlanıb - Vüqar Zifəroğlu

Bakı. Trend:

Ayrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcəkBMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) əleyhinə geniş miqyaslı aktivkompaniya aparan əksər profillərin kordinasiya olunmuş şəkildə vəsaxta hesablardan istifadə etmələri faktı aşkarlanıb.

Trend xəbərverir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistikafakültəsinin dekanı, Mətbuat Şurasının sədrinin müavini VüqarZifəroğlu "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycanaqarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusundakeçirilən dəyirmi masada deyib.

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının növbəti iqlimdəyişikliyi konfransı olan COP29-un yaxınlaşması ilə müxtəlifölkələr və qlobal maraq qrupları Azərbaycanı informasiyahədəflərinə çevirməkdədirlər:

"Bu hücumların səbəbləri, məqsəd və strategiyaları, həmçininonların Azərbaycanın beynəlxalq nüfuzuna və daxili işlərinə təsirixüsusi araşdırma tələb edir.

Ayrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcəkBMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) əleyhinə geniş miqyaslı aktivkompaniya aparan əksər profillərin kordinasiya olunmuş şəkildə vəsaxta hesablardan istifadə etmələri faktı aşkarlanıb. Saxtaprofillər COP29 həştəqi altında eyni anda, eyni məzmundaavtomatlaşdırılmış yazılar yerləşdirilir və beləliklə də ictimairəyi çaşdırmağa cəhd göstərirlər. Saxta məlumatlar əsasında təşkilolunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guyaAzərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olmasıfunksiyasını yaratmaqdır".

V. Zifəroğlu bildirib ki, bu mənada COP29 ərəfəsində Azərbaycanaqarşı təşkil edilən informasiya hücumlarını mahiyyət etibarilə üçəsas istiqamətdə qruplaşdıra bilərik:

"Bunlardan birincisi ətraf mühit və iqlim dəyişiklikləri iləbağlıdır. Azərbaycanın neft və qaz istehsalı ilə bağlı ekolojinarahatlıqlara səbəb kimi göstərilir. Ölkənin ətraf mühitə mənfitəsir göstərdiyi iddiaları qlobal iqlim dəyişikliyi kontekstindəqabardılır.

İkinci istiqamət enerji tranziti və təhlükəsizliyi ilə bağlıdır.Azərbaycan mühüm enerji layihələrində iştirak etdiyindən enerjimarşrutları və tranzit təhlükəsizliyi kimi məsələlərdə hücumlaraməruz qalır. Bu hücumlar Azərbaycanın enerji sektoruna vəbeynəlxalq enerji bazarında roluna müəyyən təsirlər göstərməkməqsədi daşıyır.

Üçüncü istiqamət isə insan hüquqları və demokratik inkişaf, eynizamanda etnik azlıqlarla bağlı olan məsələlərdir. Burada dabeynəlxalq təşkilatlar və media qurumları insan hüquqları, ifadəazadlıqları və siyasi sabitlik məsələləri ilə geniş manipulyasiyaedərək Azərbaycana münasibətdə qarayaxma kampaniyasıaparmaqdadırlar".

"Ümumiyyətlə, informasiya hücumları müxtəlif media vasitələri,sosial şəbəkələr, qeyri-hökumət təşkilatları və fərdi aktivistlərtərəfindən təşkil olunur. Azərbaycanın enerji resurslarına vəgeosiyasi mövqeyinə görə diqqət mərkəzində olması bu hücumlarıintensivləşdirib", - V. Zifəroğlu vurğulayıb.

Seçilən
22
1
az.trend.az

1Mənbələr