AZ

Natiq Cəfərli Əli Kərimliyə təklif ünvanladı ANALİZ

Nə qədər əbləh, nə qədər axmaq birisi olasan ki, bütün ümidlərini və gələcəyə hesablanan arzularını kənar şəxslərin tutacağı mövqeyə və ya hansısa baş verə biləcək möcüzələrə bağlayasan. Bu, birbaşa özünə inamsızlığın, bacarıqsız və əhəmiyyətsiz birisinin olduğunun etirafıdir. Sadəcə, bu mənfi xüsusiyyətləri dilə gətirməyə cəsarət edilmir. Gözünü dikir kiminsə ağzına və ya ona ünvanlanan tezislərə ki, nəyi desin və hansı addımı atsın. Fəlakət ondadır ki, bu cür savadsız və kütbeyin məxluqlar daha çox siyasətdə meydan sulayırlar. Azərbaycanın dağıdıcı müxalifətinin fəaliyyətinə nəzər yetirsək, hər cür müəmmalı məsələlərə aydınlıq gətirmək olar. Məlum olar ki, bu siyasət dəllallarının heç birinin özlərinin müstəqil fikri və ideyası yoxdur. Ona görə də inkişaf edə bilmir və uzun illərdir ki, yerlərində sayırlar. Bəzən pafoslu fikirlər səsləndirib, iddialı və populist çağırışlar edirlərsə, bu, onların beynin məhsulu deyil, onlara kənardan təsirlər olunur. Hansı ki, həmin kənar qüvvələrdən maddi və mənəvi dəstək alırlar. Bir fakt ortaya qoyula bilməz ki, nə zamansa AXCP, Müsavat, Milli Şura, REAL kimi qurumların rəhbərləri milli və dövlətçilik maraqlarına uyğun gələn layihə ilə çıxış ediblər, mötəbər tədbirlərdə fikirlər səsləndiriblər. Yoxdur belə bir fakt. Hətta elə müxalif məxluqlar var ki, cəmiyyət açıq hörmətsizlik göstərməkdən çəkinmir. Misal olaraq REAL-ın katibi Erkin Qədirlinin sosial şəbəkə istifadəçisi olan tüfeyli bir məxluqun “siz parlamentə seçici dəstəyi qazanmaqla seçilmisiniz” əndrabadi sualına “yox” cavabını vermişdir. Adama deyən lazımdır əgər həqiqətən də seçici dəstəyi qazanmadan deputat seçilməmisənsə, nədən borzu-borzu qoz yemiş qaratoyuq kimi şəstlə gedib Milli Məclisdə layiq olmadığın yerdə əyləşirsən? Niyə deputat mandatından imtina etmirsən? Cəsarətin və qətiyyətin yoxdursa, bu, başqa söhbətin mövzusu ola bilər, ancaq az da olsa özünə hörmət etmək kimi xüsusiyyətin olmamış deyil. Əgər sonuncu xüsusiyyət də yoxdursa, qüsurlarını başa düşmək və nəzərə almaq olar.

N.Cəfərli daha çox Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soğomonyana istinad edir

Görünən ondan ibarətdir ki, REAL-da reallıqdan uzaq məxluqlar bir-birini əvəz edirlər. REAL-ın keçmiş sədri Avropanın donor təşkilatlarına xoş gəlmək üçün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, ittihamlar irəli sürürdü. Məhz bu cür separatçı fəaliyyətinə və mövqeyinə görə 1 sentyabr 2024-cü ildə keçirilən parlamentə seçkilərdə seçicilər onu seçki dəstəyindən məhrum etməklə ciddi şəkildə cəzalandırdı. O da üzləşdiyi biabırçılığı rahatlıqla həzm edənlərdən olmadığını göstərmək üçün partiya sədrliyindən istefa verdi. Gözləmək olardı ki, REAL-a təyin edilən yeni sədr-Natiq Cəfərli İlqar Məmmədovun antimilli ünsürlərin qazanına xidmət edən fəaliyyətindən imtina etməklə sağlam, cəmiyyətin maraqlarına cavab verən siyasət aparacaq. Ancaq REAL-ın siyasi kursunda heç nə dəyişməyib. Yenə də “köhnə hamam köhnə tas”. Yeni sədr N. Cəfərli təxribat xarakterli iqtisadi proqnozlarını, yanlış sosial təhlillərini ağına-bozuna baxmadan tirajlayır. Əksər təxribatçı iqtisadi təhlilləri Ermənistanda Azərbaycana qarşı revanşist mövqeləri və fəaliyyətləri ilə tanınan Paşinyana müxalif siyasi partiyaların iqtisadçılarının yazdıqları iqtisadi yanaşmalardır. Araşdırmalara əsasən demək olar ki, N.Cəfərli daha çox Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soğomonyana, bəzən isə Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyasında təmsil olunan Vaaha Ovenesyana, Karen Ambarsumyana və “İrs” Partiyasının deputatı Zarui Postancyanın yazdıqlarına və paylaşımlarına istinad edir.Yəni erməni təxribatçılarının Azərbaycan haqqında sərsəmləmələrini qismən düzəlişlər etməklə Azərbaycan cəmiyyətinə sırımağa və öz ağılı ilə bununla siyasi divident qazanmağa ümid edir.

Ə.Kərimli N.Cəfərlinin səmimiyyətinə inanmadığı üçün onun görüş təklifinə “hə” deməyə tələsmir

Azərbaycan cəmiyyəti kifayət qədər siyasi cəhətdən yetkin və iqtisadi, sosial proseslərlə bağlı geniş məlumata malikdir. Təbii ki, N.Cəfərlinin haradan qidalandığını da ölkə əhalisi bilir və görür. Ona görə də, erməni mətbəxindən istifadə etməklə siyasi dividentlər qazanacağını düşməsi onun xam xəyalları olaraq qalacaq. N.Cəfərlinin erməni “iqtisad”çılarına istinad edib, Azərbaycanın sosial-iqtisadi siyasəti ilə bağlı təhlillərini ifadə etməsi onun dolayısı ilə Ermənistanın revanşist siçovulları ilə əməkdaşlıq etdiyini göstərir. Bu isə vətənə xəyanətdir. Vətənə xəyanət edənləri isə hansı cəza gözlədiyini N.Cəfərli bilməmiş deyil. N.Cəfərli anlaqsız olsa da, İ.Məmmədov bu kimi reallıqları bilməmiş deyil. Görünür, İ.Məmmədov N.Cəfərlinin Ermənistandakı revanştlərlə əlaqələrə girməsinə göz yumub, onu gözləyən təhlükə barədə xəbərdar etməməklə tora salmaq və özündən asılı vəziyyətə salmağa çalışır. Nə də olmasa İ.Məmmədov Avropanın qaranlıq dairələrindən müəyyən bicliklər və siyasi tələlər qurmağı öyrənən şəxslərdəndir.

Bu arada verilən məlumatlara görə, N.Cəfərli İ.Məmmədovun qurduğu tora düşdüyünü anlamağa başlayıb. Ona görə, “yanlış yoldan çəkilmək işin yarısıdır” məsəlinə inanmaqla iqtisadi “təhlillər”inə və “analizlər”inə ara verməyə qərar verib. Hətta onun AXCP sədri Əli Kərimli ilə görüşmək və ondan müəyyən məsləhətlər almaq üçün cəhdlər göstərdiyi bildirilir. Lakin Ə.Kərimli N.Cəfərlinin səmimiyyətinə inanmadığı üçün onun görüş təklifinə “hə” deməyə tələsmir. Digər tərəfdən Ə.Kərimli İ.Məmmədov həbsdən çıxdıqdan sonra AXCP-REAL qarşıdurmasında N.Cəfərlinin necə idarə olunan çömcə olduğunu unutmayıb. Bununla belə Ə.Kərimli “siyasətdə əbədi dostlar olmadığı kimi düşmənlərində olmadığı” prinsipinə əsaslanmaqla N.Cəfərli ilə görüşə və ona öz “ağıllı məsləhətlər” ilə yanaşı gələcəkdə necə hərəkət etmək və hansı formada fəaliyyət göstərməyin yollarını başa sala bilər.

İLHAM ƏLİYEV

Seçilən
52
sesqazeti.az

1Mənbələr