AZ

Anar Quliyev Misirdə dövlət rəsmiləri ilə görüşüb – FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində görüşləri davam edir.

KONKRET.az xəbər verir ki, dünən Forumu ziyarət edən Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Quliyev də daxil olmaqla Forumda iştirak edən rəsmi şəxslərlə görüşərək təəssüratları ilə maraqlanıb. Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə razılıqlarını bildirən rəsmilər Misir dövlətinə və rəhbərinə təşəkkür ediblər.

Komitə sədri Anar Quliyev daha sonra Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin rəhbəri, Ər-Riyad şəhərinin meri Əlahəzrət Şahzadə Faysal bin Əbdüləziz bin Əyyafla da məhsuldar görüş keçirib. Görüş zamanı şəhərsalmada müasir innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Anar Quliyev paytaxt merini noyabrın 20-də Bakıda keçiriləcək COP29-un Şəhərsalma Gününə və Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edib.

Qeyd edək ki, WUF12-yə qatılan Azərbaycan nümayəndə heyətinin Misirə səfəri noyabrın 8-dək davam edəcək.

Seçilən
50
konkret.az

1Mənbələr