AZ

Qızıl Trampın qələbəsilə ucuzlaşır

ABŞ-da Prezident seçkilərində Donald Trampın qələbə qazanması barədə xəbərlər gəlməyə başladıqdan sonra qızıl ucuzlaşır.

Marja.az xəbər verir ki, qlobal bazarlarda qızılın unsiyası 1,3%-dən çox düşərək 2 min 707 dollara geriləyib (Bakı vaxtı ilə saat 11:45-ə olan məlumat). 

Son həftələrdə bəzi investorlar Trampın qələbəsi ehtimalını düşünürdülər. Trampın iqtisadi inkişafa meylli gündəmi dolları dəstəkləməklə yanaşı, qızıl üzərində də müəyyən təzyiq yaradır. Bu gün Dollar mühüm qlobal valyutalar qarşısında bahalaşıb, neft isə ucuzlaşıb.

Bununla belə, Trampın vəd etdiyi yüksək ticarət tarifləri ilə bağlı narahatlıq da Trampın qalib gələcəyi təqdirdə investorların qızıl kimi təhlükəsiz aktivlərə üz tutacağı ssenarisini dəstəkləmək potensialına malikdir.

Seçilən
24
1
marja.az

2Mənbələr