AZ

“Telegram”-a yenə cəza gəlir

“Telegram” messenceri qadağan olunmuş məlumatların silinməməsinə görə yenidən inzibati məsuliyyətə cəlb edilib. 

“Cebheinfo.az” xəbər verir ki, Moskvanın Taqanski məhkəməsinin dekabrın 30-na təyin edildiyi iclasda messenceri daha 4 milyon rubla qədər cərimə gözləyə bilər. Oktyabrın sonunda bildirilirdi ki, Taqanski məhkəməsi Ural Respublikasının Rusiyadan ayrılmasına çağırış edən bir sıra kanalları silmədiyi üçün “Telegram” messencerini 4 milyon rubl cərimələyib. 

Məhkəmə bu dəfə hansı məlumatların müzakirə olunduğunu açıqlamayıb. Qeyd edək ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən “Telegram” messencerə qarşı tətbiq edilən sanksiya 4 milyon rubla qədər inzibati cərimə şəklində cəza nəzərdə tutur. 

Seçilən
16
cebheinfo.az

1Mənbələr