AZ

Mark Rutte: “Almaniya müdafiə büdcəsini artırsa da…”

Ukrayna müharibəsindən sonra ABŞ-nin tətbiqi ilə ümumi milli məhsulunun 2 faizini müdafiə xərclərinə ayıran Almaniya hələ də NATO-nu razı sala bilməyib.

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Almaniya müdafiə büdcəsini artırsa da, bu kifayət deyil.

"Cebheinfo.az" xəbər verir ki, “DW Turkish”in xəbərinə görə, Rutte Berlində Baş nazir Olaf Şolzla görüşündən sonra bütün müttəfiqlərin müdafiə sərmayələrini artırmalı olduqlarını vurğulayıb. 

Rutte Almaniyanın bu istiqamətdə lazımi addımları atacağına əmin olduğunu bildirib.

Baş nazir Şolz da xatırladıb ki, Ukrayna müharibəsindən sonra Almaniya hökuməti qətiyyətlə reaksiya verib və müdafiə büdcəsini artırıb. 

Scholz vurğuladı ki, müdafiə alyansı o qədər güclü olmalıdır ki, heç kim hücum etmək fikrinə düşə bilməsin.

Seçilən
32
cebheinfo.az

1Mənbələr