AZ

Azərbaycanın quru meyvə və ədviyyat idxalatçısı cərimələndi

Azərbaycanın ən böyük quru meyvə və ədviyyat idxalatçısı olan "Buta Çərəz" MMC məcburi auditdən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.  

Qeyd edək ki, "Buta Çərəz" MMC 25 ildir topdan və pərrakəndə satış üzrə fəaliyyət göstərir. Hazırda şirkətin tərkibində 3 topdan və 10 pərakəndə satış nöqtəsi mövcuddur. Şirkətin əsas fəaliyyət istiqamətləri quru meyvələr, çərəzlər, ədviyyatlar, dənli bitkilər,qənnadı məhsullar və çay çeşidlərindən ibarətdir. Şirkət dünyanın 40-a yaxın ölkəsi ilə əməkdaşlıq edir.

 

Seçilən
54
29
iqtisadiyyat.az

10Mənbələr