Qarşıda duran əsas məsələlərdən biri bələdiyyə seçkiləridir. Noyabrın axırında biz artıq bələdiyyə seçkilərini elan etməliyik.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərini yanvar ayının sonunda keçirmək daha məqsəduyğundur.