AZ

Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar milli parka infotur təşkil olunub

Xəzər dənizini sıx meşələrlə birləşdirən Samur-Yalama Milli Parkının biomüxtəlifliyini, ekosistemini tanıtmaq, təbiət ərazilərinə olan marağı artırmaq məqsədilə gənclərin milli parka səfəri təşkil olunub.

İştirakçılar turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edib, onlara milli parkın zəngin təbiəti barədə məlumatlar verilib.

Qeyd edək ki, infotur “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin iştirakı ilə “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində həyata keçirilib.



Seçilən
57
ekologiya.az

1Mənbələr