Hazırda Ermənistanla Azərbaycan arasında gedən proses müsbət mənada belə təəssürat yaradır ki, biz sülh müqaviləsi imzalayacağıq və ona doğru gedirik.Bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.O, müqavilənin imzalanma zamanı barədə heç nə deyə bilməyəcəyini, lakin hadisələrin inkişafının müsbət olduğunu vurğulayıb.“Əgər sazişin mətni ətrafında bütün məsələlər razılaşdırılsaydı, imzalanardı. Azərbaycana nəsə göndərsək, cavab verirlər, yəni razılaşdırılmamış bəzi məsələlər var. Amma söhbətlərə baxanda hər şey razılaşmağa doğru irəliləyir. Heç bir eskalasiya yoxdur, bizim demarkasiya olunmuş ərazimiz var və sülh müqaviləsi ətrafında irəliləyən proses var. Əgər müsbət proses varsa, ondan kənara çıxmağın məntiqi nədir? Fikrimcə, mövcud format yaxşıdır və biz irəli getməliyik”, - Papoyan qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta