Bakı. Trend:
Azərkosmos İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə(ICESCO) birgə ilk dəfə ölkəmizdə “Kosmik tibbin əsasları”mövzusunda beynəlxalq təlim keçirəcək.
Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.
Bildirilib ki, təlimdə Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətininvə ABŞ-nin tibb, fizika və kosmos sahəsi üzrə ixtisaslaşmışprofessorları iştirak edəcəklər.
Bu unikal təlim iştirakçılara kosmik tibbin əsasları,mikroqravitasiyaya uyğunlaşma, kosmosda tibbi monitorinq, teletibb,psixoloji yanaşmalar və təlimlər, ürək-damar adaptasiyası, skeletsistemləri, əzələ və sümük quruluşu, görmə dəyişiklikləri,nevroloji dəyişikliklər və digər mövzular üzrə dərin biliklərtəqdim edəcək.
Təlim Azərbaycanda akkreditə olunub və beynəlxalq səviyyədəkosmik tibb üzrə sertifikatlaşdırılıb.
Təlim 19-21 dekabr 2024-cü il tarixində Azərbaycan İdmanAkademiyasında keçiriləcək.
Təlimə qatılmaq üçün bu link vasitəsiləqeydiyyatdan keçə bilərsiniz.
Son qeydiyyat tarixi: 22 noyabr 2024-cü il
Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Qeyd edilib ki, kosmik tibb kosmosda və mikroqravitasiyaşəraitində insan sağlamlığını və fiziologiyasını öyrənən çoxşaxəlibir sahədir. Bu sahə astronavtların və kosmosda fəaliyyət göstərənmütəxəssislərin sağlamlığını qorumaq, onların tibbi ehtiyaclarınıqarşılamaq və kosmosun insan orqanizminə təsirini anlamaq məqsədinidaşıyır.