AZ

Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"Romada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Grossi ilə məhsuldar görüşümüz oldu. Azərbaycanın yaşıl enerji keçidi  planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Həmçinin COP29 çərçivəsində “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirinin keçirilməsinə dair fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Seçilən
41
5
operativmedia.az

6Mənbələr