AZ

Bələdiyyə seçkiləri bu tarixdən sonra keçiriləcək - MSK sədrindən AÇIQLAMA

Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.

MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışıb.

“Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq. Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirək”, - o qeyd edib.

Seçilən
25
7
modern.az

8Mənbələr