AZ

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, gizlədilmiş tiryək götürülüb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

APA xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Nəticədə Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
27
apa.az

10Mənbələr