ABŞ-da Respublikaçıların dəstəklədiyi Donald Trampın prezident seçkilərində qalib gəldiyini elan etməsindən sonra avro dollar qarşısında dəyərini itirib.
İndex.az xəbər verir ki, valyuta dollara nisbətdə təxminən 2 sent ucuzlaşaraq ET 8:40-da dörd ayın ən aşağı səviyyəsinə düşüb.
Kriptovalyuta bazarında sürətli yüksəliş “Trump Trade” effekti sayəsində davam edir. Trampın ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” etmək vədindən sonra “Bitcoin! rekord həddə çataraq 75 000 dolları (68 847 avro) keçib. Bu, “Bitcoin”in qlobal maliyyə gücü kimi mövqeyini gücləndirir.