AZ

"Tramp bu məsələyə töhfə verə bilər" - Kremldən AÇIQLAMA

Kreml Trampın ABŞ prezidenti seçilməsinin Ukraynadakı vəziyyətə təsir edəcəyi məsələsinə reaksiya verib.

 

Sfera.az bildirir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

 

O qeyd edib ki, ABŞ münaqişənin sona çatmasında əsas rol oynaya bilər. 

 

“Biz dəfələrlə demişik ki, Birləşmiş Ştatlar bu münaqişənin sona çatmasına töhfə verə bilər. Bunu bir gecədə etmək olmaz. Lakin ABŞ bu məsələdə birbaşa iştirak etdiyi üçün onlar xarici siyasətlərində bu trayektoriyanı dəyişə bilərlər”, - Kremlin sözçüsü jurnalistlərlə söhbəti zamanı deyib.

 

O vurğulayıb ki, yeni prezidentin rəhbərliyi ilə ABŞ-nin xarici siyasətində dəyişiklik Ukrayna böhranının həlli prosesində müəyyənedici amil ola bilər.

 

Günay  
 

Seçilən
18
sfera.az

1Mənbələr