Azərbaycan respublikası Dövlət Neft Fondu (ARDNF) 01 noyabr 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG ) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Fondun yaydığı məlumata görə, AÇG yatağından 2024-cü ilin 10 ayı ərzində 5 milyard 334,2 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 416 milyon 174 min ABŞ dolları gəlir daxil olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 miylon 409 min ABŞ dolları olub.