Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 10 ayıərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz”yatağı üzrə gəlirlərini açıqlayıb.
ARDNF-dən Trend-ə verilənməlumata görə, AÇG yatağından bu ilin əvvəlindən noyabr ayının 1-itarixinə 5 milyard 334,2 milyon ABŞ dolları, “Şahdəniz” yatağından(qaz və kondensat) isə 416 milyon 174 min ABŞ dolları gəlir əldəolunub.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldəolunan gəlirlər hesabat dövründə 115 milyon 419 min ABŞ dollarıtəşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayındaARDNF-nin AÇG yatağından gəlirləri 9,06% və ya 531,6 milyon ABŞdolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 58,4% və ya584,009 milyon ABŞ dolları azalıb.
Eyni zamanda, Neft Fondunun Şahdəniz” yatağı üzrə kondensatınsatışından əldə olunan gəlirlər ötən ilin müvafiq dövrü iləmüqayisədə 55,5% və ya 144 milyon 135 min ABŞ dolları azalıb.