AZ

Naxçıvanda polis əməkdaşları tərəfindən reydlər aparılır

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif yerlərində reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.

Tədbir zamanı yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidlərindən düzgün istifadə etməyən şəxslərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumatlandırıb, onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıblar.

Seçilən
8
yeniazerbaycan.com

1Mənbələr