AZ

Şəhid qızından ürəkdağlayan sözlər: "İstəyirəm ki, bir də müharibə olmasın"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İstəyirəm ki, bir də müharibə olmasın. Uşaqlar bizim kimi atasız qalmasınlar".
Bunu Vətən müharibəsi şəhidi Xuduş Kazımovun qızı Fatma Kazımzadə deyib. Atası şəhid olarkən 6 yaşında olan Fatma Baku TV-yə X.Kazımovla bağlı xatirələrindən danışıb.
"Bir dəfə qardaşımın saçını kəsdirəndə, mən də istədim. Anam dedi ki, atamdan soruşmalıyıq. İcazə verdi, amma dedi ki, bir də kəsdirmə, sənin saçların çox gözəldir. Ondan sonra daha saçımı kəsdirmədim", - şəhidin qızı söyləyib.
Olimpiadalarda iştirak edərək uğurlu nəticələr qazanan Fatma onu da deyib ki, Azərbaycanı xarici ölkələrdə təmsil etmək arzusundadır:
"Şəhidlərimiz işğaldan azad edilmiş torpaqlarımızda bayrağımızı qaldırdılar. Mən də ölkəmizi elm və təhsil sahəsində təmsil etmək, bayrağımızı qaldırmaq istəyirəm".
Daha ətraflı süjetdə:
Seçilən
77
50
oxu.az

10Mənbələr