AZ

Dönərin qiyməti BAHALAŞACAQ? -AÇIQLAMA

Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib. Belə ki, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.

Bəs yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik gözlənilirmi? 

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Redaktor.az-a fikirlərini bölüşüb. O, bu məsələnin dönərin qiymətinin artmasına təsir etməyəcəyini söyləyib:

"Çünki Bakı şəhərində və digər yerlərdə əksər dönərxanalar əti onsuz da həmin yerlərdən, yəni  Qida Təhlükəsizliyi Agentliyinin icazə verdiyi kəsim məntəqələrindən baytarlıq sənədilə və sertifikatla əldə edirdilər. Yalnız bəzi köşklərdə, 1 manata, 1 manat 50 qəpiyə ucuz dönər satanlar isə naməlum mənşəli ətlərdən istifadə edirlər. Onlar qeyri-standartlara məxsus yerlərdə fəaliyyət göstərirlər. Həmin yerlərdə, sözsüz ki, müəyyən təsirlər olacaq və ümumiyyətlə, onların fəaliyyəti sual altına düşə bilər".

QHT

"Amma normal fəaliyyət göstərən, normal qiymətə dönər satılan yerlərdə qiymət artımı baş verməsi olmayacaq. Çünki onlar qeyd etdiyim kimi həm keyfiyyətli, həm də qeydiyyatlı ətlərdən istifadə edirdilər. Bu gün dönərin ortalama qiyməti toyuq üçün 2 manat 50 qəpik, ət üçün 3 manat 50 qəpik - 4 manatdırsa, həmin yerlər bu qiymətə satmağa davam edəcəklər", - deyə ekspert qeyd edib.

Sevinc İBRAHİMZADƏ

 

Seçilən
15
redaktor.az

1Mənbələr