AZ

Ankara ilə Bakının bir-birini tamamlayan mövqeyi - İrəvanın yayındığı şərtlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın dövlət rəsmiləri yenə saxta sülh açıqlamaları ilə çıxış edirlər.
Ötən gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan rəsmi İrəvanın sülh sazişi layihəsinin tam olaraq razılaşdırılması üçün təkliflər paketini Bakıya göndərdiklərini bildirib: "Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik".
Bu tip açıqlamalara dəfələrlə aydın cavab verilib. Ermənistan Azərbaycanın şərtlərinə əməl etməsə, sülh sazişinin imzalanması çətin olacaq.
Azərbaycanın irəli sürdüyü şərtlərə aşağıdakılar daxil edilə bilər:
- Ermənistanın təcavüzkar konstitusiyasının dəyişdirilməsi;
- Qərbi azərbaycanlıların pozulan vətəndaş, mülkiyyət və insan hüquqlarının bərpası;
- işğal dövründə Azərbaycana dəyən ziyanın ödənilməsi;
- Ermənistanın 1988-ci ildən 2023-cü ilədək Azərbaycan əhalisinə, Qərbi azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə üzr istəməsi;
- Torpaqlar işğal altında qaldığı dövrdə dəyən ziyanın ödənilməsi;
- Minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi;
- Azərbaycana qarşı iddialardan imtina olunması;
- Türkiyəyə qarşı ərazi iddiası və saxta soyqırmı iddialarından əl çəkilməsi və s.
Ermənistan və tələm-tələsik sülh sazişinin imzalanmasını istəyənlər bu kimi rəsmi şərtləri nəzərə almadan özünü sülhsevər kimi göstərərək müxtəlif açıqlamalar yayırlar. Rəsmi İrəvan bunu erməni cəmiyyətinə ölkə əhalisini sakitləşdirmək üçün guya şəffaf işlədiyini və beynəlxalq ictimaiyyətə isə mütərəqqi görünməyə səy edir.
Rəsmi İrəvan həm də Türkiyə ilə normallaşma prosesinə başlamaq istəyən tərəf kimi görünməyə çalışır. Bu istiqamətdə də rəsmi Ankaranın Ermənistan hakimiyyəti qarşısında şərtləri var:
- saxta erməni soyqırımı iddiasından əl çəkmək - bu məsələ araşdırmaq üçün tarixçilərin ixtiyarına verilsin;
- Türkiyəyə qarşı qondarma, əsassız ərazi iddiaları irəli sürməmək;
- Azərbaycanla münasibətlərin normallaşması;
- Kommunikasiyaların açılması;
- Ermənistan işğalında olan torpaqların qaytarılması və s.
Türkiyənin xarici işlər naziri Hakan Fidan "Türkiye" qəzetin müsahibəsində sonuncu şərtlə bağlı bunları bildirib: "Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra Türkiyə və Ermənistan arasında münasibətlərdə normallaşma olacaq".
Türkiyə XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətdən görülən işləri də alqışladığını vurğulayıb.
Deməli, Türkiyənin Ermənistan qarşısında şərtləri dəyişməzdir. Bu, ölkə ilə əlaqələr və münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından keçir.
15 il əvvəl, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan tərəfindən münasibətlərin normallaşması prosesinin başlanmasını özündə ehtiva edən ikitərəfli protokol imzalanmışdı.
Bununla belə, rəsmi Ankara onda da bu prosesin reallaşması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını şərt olaraq irəli sürürdü.
Rəsmi İrəvanın yürütdüyü işğalçı və təcavüzkar siyasət, mövqe səbəbindən protokolda nəzərdə tutulan məsələlər də reallaşmadı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bu istiqamətdə çağırış edərək deyib ki, 30 ildən sonra Cənubi Qafqazda sülh və sabitliyə gedən yolun qapıları açılıb: "Azərbaycanın tarixi Zəfərinin yaxın zamanda bir sülh müqaviləsi imzalanmaqla masada da təsdiqlənəcəyini arzulayır və buna ümid edirik".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN başçısı Hakan Fidanın açıqlamaları bir daha göstərir ki, regional sülh, təhlükəsizliyin təmini üçün Ankara və Bakı səylərini davam etdirir. Ermənistan isə bu istiqamətdə ənənəvi pozuculuq fəaliyyətlə məşğuldur. Rəsmi İrəvan Azərbaycan və Türkiyənin şərtlərinə hələ də məhəl qoymamaqla Cənubi Qafqazda destruktiv rol oynayır.
Odur ki, bütün kartlar açıq şəkildə ortadadır, şərtlər də, təkliflər də. Bu şərtlər daxilində Ermənistan üçün əlverişli təkliflər edilib. Ancaq rəsmi İrəvan hələ ki konkret iradə sərgiləyə bilmir.
"Report" İnformasiya Agentliyi
Seçilən
75
50
oxu.az

10Mənbələr