Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Avropanın təmiz enerji şirkətlərinin səhmləri ucuzlaşıb.

İndex.az xəbər verir ki, Tramp, vəzifəsinin ilk günündə bir sərəncamla prezident Co Bayden dövründə həyata keçirilən dəniz külək layihələrini ləğv edəcəyini və iqlim qaydalarını geri alacağını vəd etmişdi.

Trampın vədlərindən biri də, Baydenin İnflyasiyanın Azaldılması Aktını ləğv etməkdir.

Bu akta ölkələrin qlobal istiləşməni məhdudlaşdırmaq təmiz enerji texnologiyalarına böyük subsidiyalar yatırmaq daxil idi.