AZ

Əməkdar artist: “O olmasaydı, indi ölmüşdüm” - VİDEO

“Bəli, mənə ikinci qrup əlilik verildi. İllərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə ayağımda çürümə prosesi gedirdi. Sağolsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə ayağım sağaldı”.

 

Pravda.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Rəhman Rəhmanov “Gün ortası” verilişində deyib.

 

Sənətçi iki dəfə qurduğu ailə həyatından bəhs edib:

 

“Mən iki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmış və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı, 20 il əvvəl ürəyim partlayıb öləcəkdim”.

Tarix: 6 Noyabr 2024, 17:45   
Seçilən
43
1
pravda.az

2Mənbələr