1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"BakuBus" MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-719 dövlət qeydiyyat nömrəli avtobusda yaranan texniki nasazlıq nəticəsində xoşagəlməz hadisə baş verib.
Bu barədə Baku.ws-ə "BakuBus" MMC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avtobusun sürətlər qutusunda nasazlıq baş verdiyindən sürücü avtobusu dayandırmaq məcburiyyətində qalıb və dərhal Monitorinq Mərkəzinə məlumat verib:
"Lakin bu anda bəzi sərnişinlər avtobusun yoluna davam etməsini tələb edib, nəticədə sürücü ilə sərnişinlər arasında anlaşılmazlıq və konflikt yaranıb. Videomüşahidələrdən məlum olub ki, sürücü sərnişinlərə qarşı kobud davranış nümayiş etdirib. Avtobusu idarə edən sürücü - Məmmədağa Balaağa oğlu Əliağayevə nizam-intizam qaydalarına uyğun olaraq, inzibati tənbeh verilib.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına əmin etmək istəriyik. Sərnişin məmnunluğunun fəaliyyətimizin başlıca prioriteti olduğunu bir daha bəyan edir və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişinləri bundan sonra da sıx əməkdaşlığa dəvət edirik".