Paytaxtın Suraxanı rayonu Hövsan şossesində qayda pozan sürücü avtomobillərə təhlükəsi yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrən 5-də saat 15:27 radələrində qeydə alınıb. Belə ki, tıxacda qalmaq istəməyən 77-XT-516 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, qarşı tərəfdən gələn maşınlara qəza riski yaradıb. Sürücü baş verə biləcək qəzadan yayınmaq üçün sola manevr etməli olub.
Xatırladaq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin